Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə SDU nümayəndələri arasında görüş keçirilib.
"Tehsil.biz"in məlumatına görə, görüşdə elmin, təhsilin inkişafına dair birgə əməkdaşlığın qarşılıqlı faydaları və perspektivləri haqqında fikir mübadiləsi aparılıb, SOCAR və SDU arasında səmərəli əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə edilib.
“Universitet-sənaye əməkdaşlığı” çərçivəsində SDU-nun bir çox müəssisələrlə faydalı əməkdaşlıq əlaqələrinə malik olduğu diqqətə çatdırılıb, bu təşəbbüsün birgə ixtisaslı kadrların hazırlanması işinə töhfə verəcəyi bildirilib.
Görüşdə həmçinin SOCAR tərəfindən gənclərin bilik və bacarıqlarının, eyni zamanda istehsalat təcrübələrinin artırılması istiqamətində çoxsaylı proqramların həyata keçirildiyi qeyd edilib, indiyədək SOCAR-ın təcrübə proqramlarına 120 SDU tələbəsinin cəlb olunduğu, son iki ildə SOCAR-ın strukturuna daxil olan müəssisələrdə 41 SDU məzununun işə qəbul edildiyi vurğulanıb.