Logo

Qəbələ məktəbində müəllim-şagird münasibətləri mövzusunda görüş olub - FOTO

25.01.2023 10:09 428 baxış
IMG

Qəbələ şəhər 5 nömrəli tam orta məktəbdə müəllim-şagird münasibətləri mövzusunda müəllimlərlə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Qəbələ rayon təhsil sektorunun müdiri Arifə Bayramova, Şəki-Zaqatala Regional Təhsil İdrəsinin İnzibati təşkilat sektorunun məsləhətçisi Camal Qurbanov və məktəbin pedaqoji heyəti iştirak edib.

Görüşdə çıxış edən sektor müdiri Arifə Bayramova təhsildə müəllim-şagird əməkdaşlığının şagird nailiyyətlərinin əldə olunmasından, şagirdlərin dərsə davamiyyətindən, təhsilin inkişafındakı rolundan danışıb. Bildirilib ki,düzgün qurulmuş müəllim-şagird münasibətləri şagirdlərin təlim marağının artmasında mühüm vasitədir.

Daha sonra Şəki-Zaqatala Regional Təhsil İdrəsinin İnzibati təşkilat sektorunun məsləhətçisi Camal Qurbanov Təlimdə keyfiyyətin əldə olunması üçün psixoloji xüsusiyyətləri dərindən bilmək vacibliyini bildirib. Həmçinin C.Qurbanov müəllim bütün hallarda, xüsusən "müəllim - şagird" münasibətlərinin qurulmasında pedaqoji taktı-nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli olduğunu diqqətə çatdırıb.

Sonda müəllim-şagird münasibətləri ilə bağlı müəllimlərin sualları cavablanırılıb, qarşılıqlı müzakirə aparılıb.

Xəbər lenti