Logo

"Məktəbdə psixososial durumun yaxşılaşdırılması" layihəsinin bağlanışı olub - FOTO

25.01.2023 11:06 320 baxış
IMG

Balakən rayonunda "Məktəbdə psixososial durumun yaxşılaşdırılması" layihəsinin bağlanış tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, bağlanış tədbirində layihənin rəhbəri Arıxova Lamiə layihənin və müəllim-valideyn əməkdaşlığının uşaqların sosial həyatına təsirinin əhəmiyyətindən danışıb.

Sonda təlimdə aktiv şəkildə iştirak edən müdavimlərə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi iİbtidai sinif müəllimlərinin və valideynlərinin uşaqlara qarşı düzgün yanaşma üsullarının aşılanması, erkən yaşlardan başlayaraq uşaqların mənəvi cəhətdən daha sağlam inkişaf etməsi üçün bu istiqamətdə peşəkar formada təlimatlandırılması ilə məktəbdə psixososial durumun yaxşılaşdırılmasına dəstək verməkdən ibarətdir.

Məktəbdə psixososial durumun yaxşılaşdırılmasına dair təlimlər, müəllim və valideynlərin məktəbə yeni qədəmlərini qoymuş uşaqlarla ünsiyyət qurmaq üsullarının öyrənilməsi, ibtidai sinifdə şagird nailiyyətlərinin inkişafı, uşaqların psixoloji təhlükəsizliyinin öyrənilməsi, uşaqlarım sosial cəhətdən inkişaf etməsi layihənin vəzifələri hesab edilir.

Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyinin inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində qalib olub.

Xəbər lenti