Logo

Rumıniya XİN 2023-2024-cü tədris ili üzrə təqaüd proqramı elan edir

25.01.2023 12:04 290 baxış
IMG

Rumıniya Xarici İşlər Nazirliyi 2023-2024-cü tədris ili üzrə təqaüd proqramı elan edir.

Bu barədə "Tehsil.biz"ə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ali təhsilin bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə elan edilən təqaüd proqramı müxtəlif ixtisas istiqamətlərini əhatə edir.

Təqaüd proqramına müraciət üçün son tarix 1 mart 2023-cü il nəzərdə tutulub.

Proqram barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Xəbər lenti