Logo

TRT-nin nümayəndə heyəti Azərbaycana səfər edib - FOTO

25.01.2023 14:41 234 baxış
IMG

16-19 yanvar tarixlərində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəvəti ilə Türkiyə Radio-Televiziya Qurumunun (TRT) texniki mütəxəssislərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Tehsil.biz xəbər verir ki, heyət səfər çərçivəsində paytaxt və bölgələrdə yerləşən Radio-Televiziya Yayım Stansiyalarına texniki baxış keçirib və radiomonitorinq aparıb. Bu prosesdə "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi (Teleradio), Dövlət Radiotezliklər İdarəsinin, habelə Azərbaycan Respublikası Audiovizual Şurasının mütəxəssisləri iştirak ediblər. Baxış və monitorinqlərindən sonra aparılmış işlərin nəticələri müzakirə olunub.

Nümayəndə heyəti səfərlə bağlı yekun hesabatı yaxın müddətdə Azərbaycan tərəfinə təqdim edəcək. Hesabatda ölkədə radio yayımını həyata keçirən texniki vasitələrin müvafiq normativlərə uyğun istismarının təşkili və şəbəkənin optimallaşdırılmasına dair tövsiyələr əksini tapacaq.

Xəbər lenti