Valideyn imtahana gələrkən körpə övladını əmanət etməyə kimsə tapmır, özü ilə məcbur universitetə gətirir, son ümid olaraq övladını dekana etibar edərək rahatlıqla imtahana girir.
Tehsil.biz xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi paylaşım edib.
Bildirilib ki, Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova övladı ilə imtahana gəlmiş tələbənin köməyinə çatıb.
Görüntülər sosial şəbəkədə təqdirəlayiq addım kimi qiymətləndirilib.