“Sabahın alimləri” XII respublika müsabiqəsi çərçivəsində fevralın 13-15-də Bakıda keçiriləcək sərgiyə buraxılan layihələr artıq seçilib.
Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, müsabiqədə iştirak edən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqat işləri müəyyənləşdirilmiş meyarlara uyğun olaraq qiymətləndirilib. Qiymətləndirmə “Sabahın alimləri” müsabiqəsinin 8 sahə mütəxəssisindən ibarət Elmi Ekspertiza Komitəsi tərəfindən aparılıb.
Final mərhələyə dəvət alan şagirdlərin elektron poçt ünvanlarına ətraflı məlumat göndəriləcək.