Logo

Əli Əhmədov “Şərəf” ordeni ilə təltif edilib

26.01.2023 13:57 294 baxış
IMG

Əli Cavad oğlu Əhmədov “Şərəf” ordeni ilə təltif edilib.

Tehsil.biz xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, Ə.Əhmədov 1953-cü il yanvarın 27-də anadan olub. Sabah onun 70 yaşı tamam olur.

Ə.Əhmədov Yeni Azərbaycan Partiyası Sədrinin müavini və Azərbaycan Baş nazirinin müavini vəzifələrində çalışır.

Xəbər lenti