Logo

UFAZ-ın Rəhbər Komitəsinin 11-ci iclası baş tutub

26.01.2023 17:06 292 baxış
IMG

Yanvarın 26-da Azərbaycan-Fransız Universitetinin (UFAZ) Rəhbər Komitəsinin 11-ci iclası baş tutub. İclas hibrid formada keçirilib.

Tehsil.biz xəbər verir ki, iclasda Rəhbər komitənin əsas üzvləri ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Strasburq Universitetinin Prezidenti Mişel Deneken, Azərbaycan Elm və Təhsil nazirliyinin Aparat rəhbəri Həsən Həsənli, Elm və Ali təhsil şöbəsinin müdiri Yaqub Piriyev, Fransanın Avropa və Xarici İşlər nazirliyinin nümayəndəsi Mathieu Perrot, Fransanın Azərbaycandakı səfirliyinin Elm və mədəni əlaqələr üzrə müşaviri Charles Denier və Strasburq Universitetinin Akademik tərəfdaşlıq üzrə vitse-prezidenti və UFAZ-ın koordinatoru Jean-Mark Planeix, və UFAZ-ın Yer Elmləri programı üzrə koordinatoru Alessia Maggi iştirak ediblər.  

Görüşdə həmçinin UFAZ-ın İcraçı direktoru, dosent Vazeh Əskərov, Baş katibi Elizaveta Bydanova və Tədris departamentinin rəhbəri Lətifə Nəsibova da iştirak ediblər. 

Rəhbər komitə 2023-cü tədris ili ilə bağlı perspektivdə duran məsələləri, dərslərin təşkili, eləcə də UFAZ-ın istehsalat təcrübəsinin nəticələri haqqında müzakirələr aparıb. Görüşdə 2022-ci ildə UFAZ-da bakalavr təhsilini başa vuran və magistratura pilləsində təhsil alan tələbələrinin son statistik nəticələri, habelə tədqiqat sahəsində görüləcək tədbirləri və Akademik komitənin qərarları barədə fikir mübadiləsi aparılıb. UFAZ-ın Rəhbər komitəsi UFAZ-ın bütün strateji və operativ məsələlərini müzakirə etmək üçün ildə iki dəfə Bakıda və Strasburqda toplanır. Komitə UFAZ ilə əlaqəli məsələləri nəzərdən keçirmək və həll etmək səlahiyyətinə malik olan UFAZ-ın ən yüksək idarəetmə orqanıdır.

Xəbər lenti