Logo

Biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib

26.01.2023 17:14 207 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

Tehsil.biz xəbər verir ki, gündəlik məsələlər biologiya fənnindən test bankının təkmilləşdirilməsi və ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilən sual kitabçasının qapalı şəraitdə formalaşdırılmasında istifadə üçün nəzərdə tutulan xidməti kitabçanın, tarix fənnindən isə 7 iyul 2022-сi il tarixində II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.

Hər iki fənn üzrə iclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlər ilə bağlı fikir bildirilib və təkliflər verilib.

Tarix fənni üzrə tapşırıqların müzakirəsi başa çatıb. İşçi qrupunun rəyinə görə tapşırıqlar müvafiq fənn kurikulumunun təlim nəticələri və qüvvədə olan dərsliklər əsasında hazırlanmış qəbul proqramına tam uyğundur. Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur. Tapşırıqlarla abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamaq və qiymətləndirmək mümkün olub.

Müzakirə nəticəsində abituriyentlərin imtahanda zəif cavablandırdığı tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək. Həmçinin müzakirələrdə bildirilmiş redaktə xarakterli düzəlişlər test banklarının təkmilləşdirilməsində nəzərə alınacaq.

İşçi qruplarının növbəti iclası 2 fevral 2023-cü il tarixində keçiriləcək.

Xəbər lenti