Logo

Şirvan-Salyan Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib

26.01.2023 19:15 347 baxış
IMG

Yanvarın 26-da Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli vətəndaşları qəbul edib.

Tehsil.biz xəbər verir ki, qəbul zamanı idarə müdiri vətəndaşların müraciətlərini dinləyərək onları narahat edən məsələlərlə yaxından tanış olub, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib. Araşdırılması vacib olan məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.

Vətəndaş qəbulu zamanı, əsasən işə qəbulla bağlı müraciətlər üstünlük təşkil edib. 

Qəbul zamanı şəhid ailələri, qazilərin müraciətləri növbədənkənar dinlənilib. Digər vətəndaşlar isə növbəlilik əsasında qəbul edilib.

Qeyd edək ki, Şirvan-Salyan Regional Təhsil İdarəsində və rayon təhsil sektorlarında vətəndaşlarla görüşlər qəbul qrafikinə uyğun olaraq davamlı şəkildə keçirilir.

Xəbər lenti