Logo

Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir - VİDEO

26.01.2023 20:37 500 baxış
IMG

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir.

Tehsil.biz xəbər verir ki, liqanın 7-ci turunda AzTU komandası Bakı Dövlət Universitetinin (BDU) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 104:50 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb. 

Qeyd edək ki, liqanın oyunlarında AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edir.

Xəbər lenti