Logo

Firidun bəy Köçərlinin 160 illiyi münasibətilə sərgi hazırlanıb

26.01.2023 21:43 294 baxış
IMG

Yanvarın 26-sı Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən biri, ömrünün mühüm hissəsini xalqının maarifinə, ədəbi irsinin öyrənilməsinə sərf edən fədakar ictimai xadim Firidun bəy Köçərlinin doğum günüdür. Bu münasibətlə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında sərgi hazırlanıb.

Kitabxanadan "Tehsil.biz”ə bildirib ki, sərgidə yazıçının həyat və fəaliyyətini özündə əks etdirən kitablar təqdim olunub.

Sərgidə “Firidun bəy Köçərlinin şəxsi arxivi”, “Köçərli Firidun bəy. Azərbaycan ədəbiyyatı” iki cilddə, həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən biblioqrafiya, görkəmli ədəbiyyatşünas alimin anadan olmasının 150 illik yubileyi ilə bağlı keçirilən elmi sessiyada oxunan məruzələrin toplusu və digər nəşrlər yer alır.

Xəbər lenti