Yeni Zelandiyada alimlər ömrü uzadan dərman tapıblar.
Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, erkək və dişi siçanlar üzərində tədqiqat aparılıb.
Tədqiqatın nəticələrinə görə, hazırda xərçəngin müalicəsində istifadə edilən dərmanları qəbul etmək ömrü orta hesabla 10 faiz - təxminən üç ilə qədər artıra bilər.
Bu müalicə siçanların ömrünü uzatmaqla yanaşı, həm də daha sağlam qocalmanın bir çox əlamətlərini göstərib.
Hazırda alimlər bu prosesi təkmilləşdirməyə çalışırlar.