Logo

ARTİ-nin təşkilatçılığı ilə vebinar keçirilib

27.01.2023 09:07 289 baxış
IMG

Yanvarın 25-də Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi və Azərbaycan Texniki Universitetinin “Sabah Magistratura” proqramı çərçivəsində “Strategiyanın hazırlanması” adlı vebinar baş tutub.

Tehsil.biz xəbər verir ki, vebinarda spiker qismində kimya, enerji, maliyyə və inşaat sektorlarında 15 ildən çox beynəlxalq təcrübəyə malik olan, dünyanın ən böyük kimya istehsalçısı BASF şirkətində müxtəlif vəzifələrdə çalışan Batu Altaylı çıxış edib. O, vebinarda təchizat zəncirində və istehsalatda mükəmməlliyə nail olmaq üçün səmərəli hədəflərdən və əsas performans indikatorlarından danışıb, həmçinin bununla bağlı nümunələr təqdim edib.

Batu Altaylı qeyd edib ki, strategiyanın hazırlanması qısamüddətli hədəfləri uzunmüddətli hədəflərlə uyğunlaşdırmaq üçün çərçivədir və strategiyanın hazırlanmasında uzunmüddətli perspektivdə uğura nail olmaq üçün əsas fəaliyyətləri müəyyən etmək, uzunmüddətli hədəflərdən fəaliyyətlərə doğru irəliləmək, birlikdə işləmək (hamı eyni hədəf üçün çalışmalıdır), ən yaxşı təcrübələri bölüşmək, məsuliyyət və vəzifələr haqqında hamını xəbərdar etmək, verilən qərarlara razı olmaq və digər vəzifələr əsas rol oynayır.

100-dən çox təhsil idarəçisi, işçi, sənaye sahəsinin nümayəndəsi və tələbənin qatıldığı tədbirin sonunda spiker tərəfindən iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti