Yanvarın 24-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025 ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar “Uşaqları zərərli informasiyalardan qoruyaq” mövzusunda tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin şagirdləri iştirak edib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükuta yad olunub.
Tədbirdə muzeyin direktoru Əntiqə Tağıyeva və elmi işçisi Dilgüşə Məmmədova mövzu ilə bağlı geniş məlumat verib. Sonra şagirdlər muzeyə ekskursiya ediblər.