Logo

Mərkəzi Elmi Kitabxanada vikipediyaçılarla görüş olub

27.01.2023 11:13 244 baxış
IMG

Mərkəzi Elmi Kitabxananın (MEK) Elektron resurslar şöbəsinin əməkdaşlarının AMEA-nın Rəyasət Heyəti aparatının yeni yaradılmış Elektron akademiya şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranovla görüşü keçirilib.

Bu barədə "Tehsil.biz"ə MEK-dən məlumat verilib. Bildirilib ki, görüşdə mümkün əməkdaşlıq istiqamətində müzakirələr aparılıb. MEK-in baş direktoru professor Məmməd Əliyev qeyd edib ki, “Heydər Əliyev İli” çərçivəsində sözügedən şöbə tərəfindən Ulu Öndərə həsr olunmuş, həmçinin Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə yüz məqalənin “Vikipediya”da yerləşdirilməsi qarşıya qoyulan mühüm layihələrdəndir. Vurğulanıb ki, “Qorqud” Vikipediya Metodik Klubu, YAP Yasamal rayon təşkilatının dəstəyi ilə şöbənin əməkdaşları tərəfindən mütəmadi olaraq AMEA-nın institutlarının, o cümlədən bir sıra yerli qurumların əməkdaşları üçün təlimlər keçirilir.

Fariz İmranov MEK-in Elektron resurslar şöbəsinin işini yüksək qiymətləndirib, görülən işə dəstək olmaq və səmərəliliyini artırmaq üçün mərkəzləşdirilmiş birgə əməkdaşlığın vacibliyini vurğulayıb.

Elektron resurslar şöbəsinin müdiri Reyhan Əhmədova və şöbənin əməkdaşları, “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov, Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürkün iştirak etdikləri görüşdə elektron əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub.

Xəbər lenti