Logo

Kimyaçı alim beynəlxalq rəyçi sertifikatına layiq görülüb

27.01.2023 11:58 167 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru, dosent Əfsun Sucayev “Elsevier” nəşriyyatının “Molekulyar struktur” jurnalının redaksiya heyəti tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb.

"Tehsil.biz"in məlumatına görə, Əfsun Sucayev son bir ildə həmin jurnalda dərc olunan 15 məqaləyə rəy verib.

Qeyd edək ki, “Molekulyar struktur” jurnalı 1968-ci ildən “Elsevier Science Direct” tərəfindən çap olunan elmi nəşrdir. İmpakt faktoru 3.841 olan jurnal “Web of Science” bazasına daxildir.

Nəşrdə yer alan məqalələrdə kimyanın molekulyar quruluş kimi nəzəri məsələləri müzakirə olunur.

Xəbər lenti