Logo

AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib - FOTO

27.01.2023 12:30 321 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, iclasda texnopark qismində Bilişim Vadisi Bakı Mərkəzinin yaradılması ilə bağlı son vəziyyət, TÜBİTAK BİLGEM-lə AzTU-nun əməkdaşlıq istiqamətləri və digər məsələlər müzakirə olunub.  

AzTU-nun rektoru Vilayət Vəliyev Türkiyəyə sonuncu səfəri zamanı Bilişim Vadisi və TÜBİTAK BİLGEM-də keçirdiyi görüşlər, müzakirə olunan məsələlər barədə şura üzvlərinə məlumat verib. 

Qeyd olunub ki, Bilişim Vadisi Bakı Mərkəzinin 2023-cü ilin ikinci rübünədək fəaliyyətə başlaması planlaşdırılır. Bundan başqa, 2023-cü ildə AzTU tələbələrinin kibertəhlükəsizlik istiqamətində BİLGEM-də təlimə göndərilməsi, həmçinin müəllimlərin BİLGEM-in kibertəhlükəsizlik sahəsində tədqiqat təcrübəsindən faydalanması da prioritet məsələlərdəndir. 

Şura üzvləri Bilişim Vadisi ilə birgə yaradılacaq Bilişim Vadisi Bakı Mərkəzi, həmçinin AzTU-da kibertəhlükəsizlik sahəsinin gücləndirilməsi, bu istiqamətdə magistratura səviyyəsində yeni proqramlarının hazırlanması ilə bağlı bir sıra təkliflər səsləndiriblər.

Xəbər lenti