Logo

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Mətbuatla iş şöbəsinə müdir təyin olunub

27.01.2023 12:51 478 baxış
IMG

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Mətbuatla iş şöbəsinə müdir təyin olunub.

"Tehsil.biz"in məlumatına görə, bu vəzifə Aynur Nurəddin qızı Kərimovaya həvalə edilib.

Aynur Kərimova Bakı Dövlət Universitetində (BDU) jurnalistika ixtisası üzrə bakalavr və magistr təhsili alıb. 

O, müxtəlif illərdə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının müdiri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sosial-analitik araşdırmalar departamentinin rəhbəri, “Barama Media”nın icraçı direktoru kimi fəaliyyət göstərib.

2009-cu ildən Filologiya üzrə fəlsəfə doktorudur. “Texnopolis”, “Sima” sənədli media layihələrinin müəllifidir.

Xəbər lenti