Logo

Arif Babayevin şəxsi arxiv fondu yaradılıb

27.01.2023 14:00 300 baxış
IMG

Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, kinorejissor Arif Babayevin şəxsi arxiv fondu yaradılıb.

"Tehsil.biz"in məlumatına görə, Fonda görkəmli sənətkarın 200-dən çox fotosənədi, ssenariləri, diplom və fəxri fərmanları, şəxsi sənədləri, qəzet və jurnallar daxil edilib. Şəxsi arxiv fonduna daxil olan sənədlər Arif Babayevin qardaşı, Xalq artisti, rejissor Vasif Babayev tərəfindən təhvil verilib.

Xatırladaq ki, Arif Babayev “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Ömrün ilk saatı”, “Alma almaya bənzər”, “Arxadan vurulan zərbə”, “Bizi bağışlayın”, “Birisigün, gecəyarısı...” bədii filmlərinin quruluşçu rejissoru olub.

Şəxsi arxiv fondu Arif Babayevin anadan olmasının 95 illiyi münasibətilə yaradılıb.

Xəbər lenti