Logo

“Hekayəni paylaş” videotəqdimat müsabiqəsinin qalibləri müəyyənləşib

27.01.2023 14:49 255 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Vlll-Xl sinif şagirdləri arasında keçirilən “Hekayəni paylaş” (“Share your story”) videotəqdimat müsabiqəsinin qalibləri bəlli olub.

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, 245 nömrəli tam orta məktəbin şagirdi Nəsrulla Həsən, 62 nömrəli məktəb-liseyin şagirdi Nihad Hüseyn, 42 nömrəli tam orta məktəbin şagirdi Abdullah Rza I yerə, 220 nömrəli məktəb-liseyin şagirdi Fuad Haqverdiyev, 227 nömrəli tam orta məktəbin şagirdi Sevinc Hüseynzadə, 240 nömrəli tam orta məktəbin şagirdi İlayda Abusəttar II yerə, 283 nömrəli tam orta məktəbin şagirdi Sami Salahov, 193 nömrəli tam orta məktəbin şagirdi Maqsud Hacıyev, 247 nömrəli tam orta məktəbin şagirdi Erkin Nurməmmədov isə III yeri tutublar.

83 nömrəli məktəb-liseyin şagirdi Məhəmməd Müslümlü, 80 nömrəli tam orta məktəbin şagirdi Ayan Əhmədova, 310 nömrəli tam orta məktəbin şagirdi Maryam Hasna Akın, 193 nömrəli tam orta məktəbin şagirdi Əli Abdullayev, 294 nömrəli tam orta məktəbin şagirdi Rəsul Əsədzadə həvəsləndirici yerə layiq görülüblər.

Bakı şəhəri 7, 17, 20, 27, 53, 144, 151, 152, 156, 164, 167, 171, 240, 287, 310 nömrəli təhsil müəssisələrinin şagirdləri isə təşəkkürnamə ilə təltif olunacaqlar.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək.

Müsabiqənin əsas məqsədi şagirdlərin ingilis dilində özünüifadə bacarığının təkmilləşdirilməsi, danışıq səriştəsinin artırılması, ingilis dilini öyrənməklə beynəlxalq olimpiadalar və müsabiqələrdə iştirak imkanlarının genişləndirilməsi, xarici dildə kommunikasiya kompleksinin aradan qaldırılması, səlis və düzgün danışıq qabiliyyətinin inkişaf etdirilməsindən ibarətdir.

Xəbər lenti