Logo

“Rəqəmsal jurnalistika” təlim proqramı uğurla yekunlaşıb - FOTO

27.01.2023 16:48 380 baxış
IMG

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Rəqəmsal jurnalistika” təlim proqramı uğurla yekunlaşıb.

Tehsil.biz xəbər verir ki, 23-26 yanvar tarixlərində “Rəqəmsal jurnalistika” mövzusunda keçirilən təlimlərdə “Daily Mail UK”, “The Australian”, “Sunday Telegraph UK” kimi bir çox tanınmış xəbər agentliklərində redaktor vəzifəsində çalışmış, hazırda baş ofisi Londonda yerləşən “High Park Communications” media şirkətinin təsisçisi və direktoru olan Kolin Gibson çıxış edib.

O, iştirakçılara “Biznes planlarının və redaksiya siyasətinin rəqəmsal strategiyaya uyğunlaşdırılması”, “Rəqəmsal media kampaniyalarının yaradılması, düzgün auditoriyaya çatdırılması və izlənilməsi”, “Analitikaya əsaslanan rəqəmsal media: daha çox kütləyə çatmaq üçün data əsaslı əməliyyatların optimallaşdırılması” və s. kimi mövzularda təlim keçib, qeyd olunan istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

40 nəfər jurnalistin iştirakı ilə keçirilən “Rəqəmsal jurnalistika” təlim proqramının əsas məqsədi jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsi, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsi, rəqəmsal media ekosisteminin inkişafına töhfə verilməsidir.

Xəbər lenti