Logo

Emin Əmrullayev Sumqayıtda vətəndaşları qəbul edib - FOTO

27.01.2023 18:06 320 baxış
IMG

Yanvarın 27-də elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt şəhərində vətəndaşları qəbul edib.

Tehsil.biz xəbər verir ki, qəbulda Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan, Laçın rayonlarının sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, təhsil haqqı, diplomların tanınması, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Xəbər lenti