Logo

Rusiyada direktor müavini məktəbliləri qayışla döyüb

27.01.2023 23:57 359 baxış
IMG

Rusiyada məktəbdə direktor müavininin uşaqları qayışla vurması sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Tehsil.biz News.ru-ya istinadən xəbər verir ki, hadisə Ust-Labinskdə baş verib.

Məlumata görə, tərbiyə işləri üzrə direktor müavini səs-küyün çox olduğu sinfə daxil olub. Onlarla bir az mübahisədən sonra uşaqlar cəza olaraq “onları döyməyi” təklif ediblər, üstəlik kəməri müəllimə veriblər.

Müəllim razılaşıb və iki şagirdin hər birinə beş qayış zərbəsi vurub.

Video direktora çatdıqdan sonra, müavin işdən qovulub.

Xəbər lenti