Logo

“Vətənin qürur mənbəyi” adlı tədbir-sərgi keçirilib - FOTO

28.01.2023 09:48 328 baxış
IMG

Yanvarın 27-də Azərbaycan İstiqlal Muzeyində “Vətənin qürur mənbəyi” adlı tədbir-sərgi keçirilib. 

Tehsil.biz xəbər verir ki, tədbir 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədi ilə 2021-ci ildən etibarən davam edən “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” layihəsi çərçivəsində həyata keçirilib. Sərgidə öz cəsarəti, qorxmazlığı ilə Zəfər salnaməsinin unudulmaz qəhrəmanlarından olan şəhid gizir Aydın Abdullayevə məxsus, muzeyin fondlarında qorunub saxlanılan müxtəlif şəxsi əşyalar nümayiş olunub.

Tədbirdə şəhid ailələri, Cəmşid Naxçivanski adına Hərbi liseyin əməkdaşları, "Bir könüllü" tələbə təşkilatı, "ASAN Könüllüləri" təşkilatı  və digər qonaqlar iştirak ediblər.

Xəbər lenti