Logo

“Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti” mövzusunda lektoriya keçirilib - FOTO

28.01.2023 11:23 372 baxış
IMG

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Heydər Əliyev və Azərbaycanda kitab mədəniyyəti” mövzusunda lektoriya keçirilib.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, lektoriya Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, AMEA Azad Həmkarlar İttifaqı və MEK-in birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdən öncə MEK-in foyesindəki Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MEK-in baş direktoru professor Məmməd Əliyev lektoriyanın “Heydər Əliyev İli” çərçivəsində keçirildiyini diqqətə çatdırıb. O, Ümummilli Liderin elm, təhsil, kitabxana və digər sahələrin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb, MEK-də Heydər Əliyev irsi haqqında nəşrlərin getdikcə artdığını vurğulayıb.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndərin siyasi fəaliyyəti ilə bağlı geniş məruzəsində ölkənin bugünkü inkişafının təməlinin məhz 1969-1982-ci illərdə Heydər Əliyev tərəfindən qoyulduğunu, dahi liderin parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı gələcəyə aparan yolları müəyyən etdiyini vurğulayıb. O, həmçinin MEK-in ərazi partiya təşkilatları arasında ilk sıralarda olduğunu qeyd edib.

Digər çıxış edənlər kitabxanaçılıq fondlarının genişləndirilməsinin, nəşriyyatların inkişaf etdirilməsi və maddi təchizat baxımından gücləndirilməsinin Ulu Öndər siyasətinin əsas nəticəsi olduğunu vurğulayıblar.

Tədbirdə MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynovanın “Ulu Öndər Heydər Əliyevin irsində kitab mədəniyyəti” mövzusunda məruzəsi dinlənib, Heydər Əliyevin zəngin siyasi irsini özündə əks etdirən nəşrlərdən ibarət sərgiyə baxış keçirilib.

Xəbər lenti