Logo

Yevlax gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər - FOTO

28.01.2023 14:51 452 baxış
IMG

Yevlax gənclərinin bir qrupu “Heydər Əliyev ili”  çərçivəsində Yevlax şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.

Tehsil.biz xəbər verir ki, ekskursiya Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilib. Artıq ənənə halını almış bu ziyarətlər gənclərin mənəvi inkişafında müstəsna rol oynayır. 

Ekskursiya zamanı iştirakçılar mərkəzlə tanış olub, Ulu öndərin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən eksponat, fotostend və kitablarla tanış olublar. Mərkəzin əməkdaşı iştirakçılara Ulu Öndər  məfkurəsinin, müəllifi olduğu azərbaycançılıq ideologiyasının və siyasi irsinin aspektləri barədə məlumat verib.

Ekskursiyanın sonunda xatirə fotosu çəkdirilib.

Xəbər lenti