Logo

ADA Qazax Mərkəzində tədbir keçirilir - FOTO

28.01.2023 16:25 739 baxış
IMG

Görkəmli maarifçi Firidun bəy Köçərlinin 160 illik yubileyi münasibətilə ADA Qazax Mərkəzində tədbir keçirilir.

Tehsil.biz xəbər verir ki, tədbirdə rektor Hafiz Paşayev, Qazax rayon İcra hakimiyyətinin başçısı Rəcəb Babaşov, ADA Vaşinqton Mərkəzinin prezidenti Qalib Məmməd, həmçinin Riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanov, deputat Nizami Cəfərov, "Qoridən gələn qatar" kitabının müəllifi Şəmistan Nəzirli və başqa qonaqlar iştirak edir.

Tədbir iştirakçıları Firudin bəy Köçərlinin həyat və fəaliyyətini əks etdirən çıxışlar ediblər, Qazax Müəllimlər Seminariyasının binasında yenidən qurulmasında ADA Universitetinin rolunu qeyd ediblər.

Tədbirin bədii hissəsində göstərilən səhnələr Qazax Seminariyasının yaradılmasına dair səhnəciklər göstəriblər.

Xəbər lenti