Logo

Ağdaşda cari ilin yekunlarına dair hesabat konfransı keçirilib - FOTO

28.01.2023 18:06 214 baxış
IMG

Yanvarın 28-də Ağdaş rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrinə dair görülmüş işlər barədə hesabat konfransı keçirilib.

Tehsil.biz xəbər verir ki, Ağdaş şəhəri Heydər Əliyev adına Mərkəzdə keçirilən konfransda Ağdaş rayon üzrə təhsil sektorunun müdiri Leyla Bayramova, sektorun müvafiq əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri və digər təhsil işçiləri iştirak ediblər.

İlk olaraq Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb. Daha sonra konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təhsil sektorunun müdiri Leyla Bayramova çıxış edərək ümumi və məktəbəqədər təhsil müəssisələrinə dair görülmüş işlərin nəticələrindən və bir sıra cari məsələlərdən danışıb.

Həmçinin çıxış edənlər ümummilli lider Heydər Əliyevin təhsil sahəsində gördüyü misilsiz xidmətlərindən və onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışıblar.

Bundan əlavə konfransda cari tədris ilində müxtəlif müsabiqə və yarışlarda uğur qazanan şagirdlərə və onların müəllimlərinə Diplom təqdim olunub.

Xəbər lenti