Logo

Neftçalada gənc ifaçıların müsabiqəsi keçirilib - FOTO

28.01.2023 23:48 312 baxış
IMG

Yanvarın 27-də Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin tərəfdaşlığı ilə "Heydər Əliyevin Azərbaycan milli musiqisinin dünya klassik musiqi səviyyəsinə yüksəldilməsində rolu" mövzusuna həsr olunmuş gənc ifaçıların müsabiqəsi keçirilib.

Tehsil.biz xəbər verir ki, Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbində baş tutan müsabiqədə Neftçala, Biləsuvar, Salyan, Masallı, Kürdəmir, Hacıqabul, Cəbrayıl, Xocavənd, Füzuli  və Şirvan rayonlarından 73 şagir iştirak edib.

Müsabiqədə Masallı şəhər Onbirillik İncəsənət Məktəbindən fortepiano ixtisası üzrə Əliyeva Zeynəb “I Dərəcəli Diplom”, xanəndəlik ixtisası üzrə Əzizli Yusif “III Dərəcəli Diplom”, İbadov Təhmin isə tar ixtisası üzrə “Fəxri Fərman”la mükafatlandırılıb.

Xəbər lenti