Logo

Amerikalı mütəxəssis ATU-nun rezidentlərinə treninq keçib

29.01.2023 00:17 359 baxış
IMG

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün növbəti kurs baş tutub.

Tehsil.biz xəbər verir ki, neyrocərrahiyyə üzrə təhsil alan rezidentlər qarşısında ABŞ-ın Wisconsin–Madison universitetinin mütəxəssisi, tibb elmləri doktoru Abdullah Keleş çıxış edib.

Əvvəlcə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev bu cür təlimlərin rezidentlərin bilik və təcrübələrinin artırılmasında əhəmiyyətli rol oynadığını vurğulayıb. Prorektor treninqin baş tutmasında rolu olan hər kəsə, o cümlədən ATU-nun və klinikanın rəhbərliyinə, həmçinin xarici ölkələrdə uğurlu nəticələr nümayiş etdirən universitetimizin məzunu Turab Qasımova təşəkkürünü bildirib.

Doktor Abdullah Keleş çıxışının əvvəlində özü və Wisconsin–Madison universitetindəki fəaliyyəti haqqında məlumat verib. 2019-cu ildən etibarən bu universitetin Beyin cərrahiyyəsi laboratoriyasına rəhbərlik etdiyini bildirən doktor, bu müəssisədə önəmli klinik və tədris araşdırmalarının aparıldığını vurğulayıb.

Türkiyədə də oxşar kurslar keçdiyini deyən A.Keleş neyrocərrahiyyə, mikrocərrahiyyə, mikroamostamoz və digər mövzularla bağlı çıxış edib, öz təcrübəsini paylaşıb.

Böyük maraqla qarşılanan təlimin sonunda qonaq rezidentlərin sallarını cavablandırıb.

Xəbər lenti