Logo

"Taliban" qızların qəbul imtahanlarına buraxılmamasını əmr etdi

29.01.2023 09:23 274 baxış
IMG

“Taliban" universitetlərə qızların qəbul imtahanlarında iştirakının qarşısını almağı əmr edib.

Tehsil.biz RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Təhsil Nazirliyinin təhsil müəssisələrinə göndərdiyi məktubda bildirilib.

Belə ki, Ali Təhsil Nazirliyi bütün özəl ali məktəblərə və təhsil müəssisələrinə qızların qəbul imtahanlarına buraxılmasının qarşısını almağı əmr edib.

Taliban ölkədə hakimiyyəti ələ keçirdikdən sonra qadınların ali və orta təhsilə çıxışını məhdudlaşdırmaq üçün sistemli şəkildə işləməyə davam edib.

Xəbər lenti