Logo

BDU tələbələri debat çempionatında iştirak edirlər - FOTO

29.01.2023 09:47 335 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin tələbələri Oman Sultanlığında keçirilən Ərəb dili üzrə Asiya debat çempionatında iştirak edirlər.

Tehsil.biz xəbər verir ki, çempionat yanvarın 27-də başlayıb və fevralın 2-dək davam edəcək. Bu, fakültə tələbələrinin hər il keçirilən ənənəvi debat yarışlarında ardıcıl olaraq dördüncü iştirakıdır.

Ötən il yarış Türkiyənin İstanbul şəhərində keçirilib.

Bu il Omanda keçirilən yarışda fakültəni Regionşünaslıq (ərəb ölkələri üzrə) və Tərcümə (ərəb dili) ixtisaslarında təhsil alan III-IV kurs tələbələri Mohəmmədəli Axundov, Zeynəb Atamalıyeva, Simuzər Məmmədzadə və Seyidəkbər Axundov təmsil edir.  

Yarışın məqsədi Asiya regionunda yaşayan gənclər arasında ərəb dilində danışıq və debat bacarıqlarının inkişaf etdirilməsidir.

Xəbər lenti