Logo

“Məktəbəqədər təhsilin yeni məzmunu və təşkili məsələləri” mövzusunda tədbir keçirilib

29.01.2023 11:43 548 baxış
IMG

Respublikamızda məktəbəqədər təhsil sahəsində aparılan son islahatlar və məktəbəqədər təhsilin yeni məzmunu ilə bağlı bu sahədə çalışan pedaqoji heyətin işinə dəstək məqsədilə ARTİ-nin Məktəbəqədər təhsilin inkişafı şöbəsinin əməkdaşları tərəfindən Nizami rayonunda yerləşən körpələr evi və uşaq bağçalarının tərbiyəçi-müəllimləri ilə “Məktəbəqədər təhsilin yeni məzmunu və təşkili məsələləri” mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir zamanı məktəbəqədər təhsilin səmərəli təşkili, planlaşdırma və təlim prosesinə yeni yanaşmaların tətbiqi məsələləri ətrafında maraqlı müzakirələr aparılıb, tərbiyəçi-müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti