Abituriyentlər ali təhsil müəssisəsinə hazırlaşmaqdansa, canlı yayım açaraq özlərini reklam edirlər.
Artıq buraxılış və qəbul imtahanlarına sayılı günlər qalsa da, abituriyentlər hələ də bunun fərqində deyillər.
Biri "Tiktok"da, biri "İnstaqram"da, digəri isə "Facebook" hesabında canlı yayaım açaraq qızlar oğlanlarla, oğlanlar da qızlarla söhbət edirlər. Dərs ilinin sonunda nəticə göstərə bilməyən şagirdlərin valideynləri isə müəllimi günahlandırır. Hər bir valideyn övladını nəzarətdə saxlamalıdır. İllərdir ki, hər bir problemi müəllimin üstünə ataraq müəllim nüfuzunu aşağı salmışıq.
Hesab edirəm ki, şagirdin, abituriyentin uğursuzluğunun birmənalı səbəbi valideyndir.
Valideyin 5-ci sinifdə təhsil alan övıadına telefon verib məktəbə yola salırsa, günahı müəllimdə yox özündə axtarmalıdır.
Əli Ələkbərov