Logo

"Belə bir qəhrəmanın övladlarının müəllimləri olmaq qürurvericidir" - FOTO

29.01.2023 19:46 510 baxış
IMG

Masazır kənd 4 nömrəli tam orta məktəb Azərbaycanın İrandakı səfirliyinə edilən hücum zamanı terrorçunu zərərsizləşdirən Vasif Tağıyevlə bağlı paylaşım edib.

Tehsil.biz xəbər verir ki, məktəbin feysbuk səhifəsində V.Tağıyevin və övladlarının fotosunun görüntüləndiyi paylaşımda deyilir:

"Azərbaycanın İrandakı səfirliyində baş vermiş xoşagəlməz hadisə zamanı öz canı bahasına cinayətkarı zərərsizləşdirib digər həmvətənlərimizi xilas edən cəsur oğul Vasif Tağıyev məktəbimizin valideynlərindəndir.

Xalqımızın belə mərd qəhrəman oğulları qürur mənbəyimizdir. Şəhid baş leytenant Orxan Əsgərova Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik. Yaralı qəhrəman qardaşımıza isə tezliklə sağlığına qovuşmasını arzu edirik.

Eyni zamanda, belə bir qəhrəmanın övladlarının müəllimləri olmaq, onların bizim təhsil müəssisəsinin şagirdləri olduğunu bilmək qürurvericidir."

Xəbər lenti