Logo

Gənc direktordan "örnək" addım - 74 nömrəli məktəbdə "8 Mart" tədarükü

23.02.2021 12:18 3498 baxış
IMG

Bakıxanov qəsəbəsi, 74 saylı tam orta məktəbə yeni təyin olunan direktor Murad Zeynalov barəsində şikayət daxil olub.

 

Redaksiyamıza daxil olan şikayətdə direktor Murad Zeynalovun şagirdlərdən "8 Mart" bayramı ilə əlaqədar 8-10 manat arası pul tələb etdiyi bildirilir.

 

Ödəniş etməyən şagirdlərin direktor tərəfindən təzyiqə məruz qaldığı deyilir.

 

Tehsil.biz xəbər verir ki, bu barədə jurnalist Lalə Mehranlı da özünün facebook hesabında yazıb. 

 

O, Bakıxanov qəsəbəsi, 74 saylı tam orta məktəbə yeni təyin olunan direktor Murad Zeynalovun şagirdlərdən 8-10 manat arası pul yığdığını qeyd edib:

 

"Pullar 8 mart bayramı üçün yığılır, verməyən şagirdlərə isə psixoloji təzyiq edilir. Valdeyinlər artıq bezdirilib. Görəsən, muəllimlər yığdığı pulları aparıb bu kişi direktora verəndə nə deyirlər?"

 

Məsələ ilə bağlı həmin məktəblə əlaqə saxlasaq da, direktor Murad Zeynalov bu barədə fikir bildirmək istəmədi.

 

Tehsil.biz jurnalistin sözügedən paylaşmını təqdim edir:

 


 

Qeyd: Qarşı tərəflərin məsələyə münasibət bildirmələrini gözləyirik!

Xəbər lenti