Logo

Gənc ifaçıların regionlararası incəsənət və musiqi məktəbləri arasında müsabiqə keçirilib - FOTO

30.01.2023 14:35 274 baxış
IMG

Biləsuvar Regional Mədəniyyət İdarəsinin tədbirlər planına uyğun olaraq Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Biləsuvar RMİ-in təşkilatçılığı ilə Neftçala rayonunda “Heydər Əliyevin Azərbaycan Milli Musiqisinin dünya klassik musiqisi səviyyəsinə yüksəldilməsi” mövzusunda gənc ifaçıların regionlararası incəsənət və musiqi məktəbləri arasında müsabiqə keçirilib.

Tehsil.biz xəbər verir ki, müsabiqə Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbində keçirilib və 5 regiondan, 12 musiqi, inəsənət məktəblərinin 70-dən çox şagirdin iştirakı ilə keçirilib. Müsabiqədə əsasən Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun əsərləri ifa olunub və müxtəlif nominasiyalar üzrə keçirilib.

Müsabiqənin sonunda fərqlənən şagirdlər müxtəlif diplom və fəxri fərmanlar ilə təltif olunublar.

Müsabiqənin keçirilməsində məqsəd regionlarda klassik musiqi təhlilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılması, istedadlı şəxslərin aşkarlanmasına dəstək göstərilməsidir.

Xəbər lenti