18-19 fevral 2023-cü il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə “Qış Liderlik Düşərgəsi” keçiriləcək.
Tehsil.biz xəbər verir ki, gənc direktor müavinlərinin iştirakını nəzərdə tutan düşərgə gənc təhsil verənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə təşkil olunur. Seçilmiş iştirakçılara 2 gün müddətində Liderlik, Konfliktin idarəedilməsi, Kommunikasiya, Layihə idarəetməsi, Buraxılış siniflərində keyfiyyətin artırılması üçün strateji planın hazırlanması təlimləri keçiriləcəkdir.
Təlimlər bitdikdən sonra 20 direktor müavini 15 gün müddətində məktəblərində müxtəlif istiqamətlərdə keyfiyyətin artırılması üçün strateji plan hazırlayaraq ekspertlərə təqdim edəcəklər.
Sonda ekspertlər ve gənc direktor müavinləri Bakı şəhərində refleksiya forumunda iştirak edəcəklər. Sənədlərin son versiyası təsdiq edildikdən sonra nümunə olaraq bir nəçə məktəbin sənədlərinin təqdimatı keçiriləcəkdir.
Namizədlər üçün tələblər:
- pedaqoji ixtisas üzrə ali təhsil;
- 2 ildən az olmayaraq idarəetmə təcrübəsi;
- İKT bacarıqlarına malik;
- 33 yaşadək (yaş: 33-ə qədər – 18.02.1990-ci ildən sonra anadan olanlar);
- hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyət göstərmək.
Üstünlük veriləcək namizədlər:
Müəllimlərin işə qəbulu üzrə müsabiqə, sertifikasiya və ya diaqnostik qiymətləndirilmə imtahanında yüksək nəticə əldə etmiş şəxslər.
Tələblərə cavab verən namizədlər test mərhələsinə dəvət olunacaqlar. Test imtahanında namizədlərə pedaqogika və metodika, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edilir. Sualların 75%-ini düzgün cavablandırmış namizədlər növbəti mərhələyə keçmə şansı əldə edirlər. Test mərhələsindən müvafiq balı toplamış namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeydiyyat linki: https://ref.az/2uCnjzZ
Son qeydiyyat tarixi: 8 fevral 2023 - cü il saat
Fəaliyyət Elm və Təhsil Nazirliyi “2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsində qalib olmuş “XXI əsrin tələblərinə uyğun təhsil-gənc müəllimlərin peşəkarlığının artırılması” layihəsi çərçivəsində icra olunur.