Logo

Məktəblilər Park-Abidə kompleksinin açılışında iştirak ediblər - FOTOLAR

30.01.2023 16:47 421 baxış
IMG

Şəmkir rayonunun Tatarlı kəndində şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş Park-Abidə Kompleksinin açılış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, kənd fəallarının dəstəyi ilə hazırlanan Park-Abidə Kompleksinin açılışında Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, rayon ictimaiyyəti, gənclər, kənd ziyalıları iştirak ediblər.

Əvvəlcə Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə igid oğullarımızın göstərdikləri qəhrəmanlıqdan danışıldı, İkinci Qarabağ müharibəsindəki qələbəmizin tarixdə əbədi qalacağını fərəh hissi ilə vurğulanıb.

Bildirilib ki, Prezident cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” ifadəsi əməldə, yəni 44 günlük Vətən müharibəsində, döyüş meydanında öz təsdiqini tapıb. Bu qələbə xalqımızın, ordumuzun, milli birliyimizin, haqqın və ədalətin zəfəri idi. Prezidentimiz bizə sevinc və qürur hissləri yaşatdı, biz artıq qalib dövlətin vətəndaşlarıyıq. 

Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.

Daha sonra məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Tədbirin sonunda şəhidlərin ailə üzvləri ilə görüş olub, onların qayğıları, problemləri ilə maraqlanılıb.

Şəhid ailələri istər 44 gün ərzində, istərsə də müharibədən sonrakı dövrdə onlara göstərilən diqqət və qayğıya görə bütün şəhid və qazi ailələri adından Prezident İlham cənab Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti