Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzinin Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin üzvləri üçün təşkil etdiyi “tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə hazırlıq kursu başa çatıb və müdavimlərə sertifikatlar təqdim olunub.
"Tehsil.biz"in məlumatına görə, kursun keçirildiyi iki ay müddətində müdavimlərə sahəyə dair nəzəri və praktiki biliklər tədris olunub, ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilib. Peşə hazırlığı kursunu müvəffəqiyyətlə bitirən 11 nəfər Atek Uniform və Kirpi Tekstil MMC-də iş ilə təmin olunacaq.
Qeyd edək ki, növbəti qruplar üçün də “tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə hazırlıq kursuna qeydiyyat və müsahibələr davam edir.