Logo

Ağstafa məktəbində intellektual yarış keçirilib

30.01.2023 18:02 328 baxış
IMG

Yanvarın 29-da Ağstafa Rayon İcra Hakimiyyətinin, Ağstafa rayonu üzrə təhsil sektorunun, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Ağstafa “Gənclər Evi” Sosial Xidmət Müəssəsi və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə Ağstafa rayon ümumi təhsil müəssisələrinin gənc tarix müəllimləri arasında “Heydər Əliyev-Əsrin lideri” Nə?, Harada?, Nə zaman? adlı intellektual yarış keçirilib.

Tehsil.biz xəbər verir ki, Ağstafa şəhər 3 nömrəli tam orta məktəbin akt zalında 15 komandanın iştirakı ilə keçirilən intellektual oyunun Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Üç mərhələdən ibarət intellektual yarışda Heydər Əliyevin həyat və fəaliyyətini, irsini, o cümlədən bölgəmizin tarixi abidələrini əhatə edən suallar çətinlik dərəcəsinə görə qruplaşdırılıb.

Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbi təmsil edən “Cəbrayıl” komandası I, Qaçaq Kərəm kənd tam orta məktəbi təmsil edən “Göyəzən” komandası II və Ağstafa şəhər texniki-humanitar təmayüllü liseyi təmsil edən “Xarı Bülbül” komandası III yerə layiq görülüblər.

Xəbər lenti