Logo

Çalışmanın yaş həddinə çatmış təhsil işçiləri ilə görüş keçirilib

30.01.2023 19:06 310 baxış
IMG

Ağcabədi rayonu təhsil sektorunda çalışmanın yaş həddi ilə bağlı əmək müqaviləsinə xitam verilmiş təhsil işçiləri ilə görüş keçirilib.

Tühsil.biz xəbər verir ki, görüşdə ATİAHİ Ağcabədi rayon Komitəsinin sədri Arzu Niftalıyeva və Ağcabədi rayon təhsil sektorunun əməkdaşları iştirak ediblər. 

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov tədbirə onlayn şəkildə qoşularaq  görüş iştirakçılarını salamlayıb, onların uzunmüddətli fəaliyyəti haqqında fikirlərini bildirib, müəllim peşəsinə verilən dəyərdən, bu şərəfli peşə sahiblərinin əməyinin cəmiyyətin tərəqqisində, gənclərin formalaşmasındakı rolundan bəhs edib.

Çıxış edənlər təhsil sahəsinin inkişafında müəllimlərin əməyinin qiymətləndirilməsindən danışaraq onlara ən xoş arzularını çatdırıblar.

Görüşün sonunda ATİAHİ Ağcabədi rayon Komitəsi tərəfindən müəllimlər hədiyyələrlə təltif olunub.

Xəbər lenti