Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnformasiya Təhlükəsizliyi ixtisasının 2-ci kurs tələbəsi Hüseyn Qadaşov National Aeronautics and Space Administration saytında xəta olduğunu aşkarlayaraq NASA-ya bu barədə rəsmi məlumat verib.
Tehsil.biz xəbər verir ki, sözügedən qurum UNEC tələbəsinin bildirişindən sonra xətanı aradan qaldırıb.
Tapılan boşluqda saytın error mesajindan sonra NASA-nın SQL bazası, server və drayver haqqında məlumatları əks olunurdu.
Bu boşluq daxilində yerləşən məlumatları əldə edən bədniyyət şəxslər NASA-nın infrastrukturu və serverlərinə qarşı təhlükə yaradaq, haker hücumları törədə bilərdilər.