Logo

GDU-nun Azad Həmkarlar İttifaqı Komitəsinin növbəti iclası keçirilib

31.01.2023 10:13 415 baxış
IMG

Gəncə Dövlət Universitetinin (GDU) Azad Həmkarlar İttifaqı Komitəsinin növbəti iclası keçirilib. 

GDU-dan "Tehsil.biz"ə bildirilib ki, gündəlik məsələlərin müzakirəsinə keçməzdən əvvəl universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova iclasa dəvət olunmuş “Yüksəliş” qəzetinin baş redaktoru Qərib Mehdinin yeni nəşr olunan “Xatırla ki, yaşayım”  kitabı haqqında məlumat verib, onu bu münasibətlə təbrik edib. Bununla yanaşı zəngin yaradıcılığa malik Qərib Mehdinin geniş oxucu kütləsinin marağını, rəğbətini qazanmış əsərləri barədə danışıb, yeni kitab haqqında xoş sözlərini söyləyib. Sədr qeyd edib ki, yeni işıq üzü görən bu kitabda tanınmış elm adamları, incəsənət nümayəndələri haqqında xatirələr yer alıb.

İclasda Komitənin idarə heyətinin üzvü, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Allahverdi Quliyev, “Yüksəliş” qəzetinin əməkdaşı Firəngiz İdrisqızı çıxış edərək yazıçıya uğurlar arzulayıblar.

Həmçinin Komitənin idarə heyətinin üzvü dosent Allahverdi Quliyevin Azərbaycan  Elm-Təhsil Mərkəzinin “Fəxri Professor”u seçilməsi haqqında məlumat verilib. Çıxış edən heyət üzvləri A.Quliyevin elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirib  və onu bu münasibətlə təbrik ediblər.

Sonda hər iki əməkdaş Universitetin Həmkarlar İttifaqı Komitəsinin xətt ilə  mükafatlandırılıblar.

Xəbər lenti