Logo

Cəlilabadda ”Heydər Əliyev ili”nə həsr olunmuş bilik yarışı keçirilib

31.01.2023 13:08 664 baxış
IMG

Yanvarın 27-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Gənclər və İdman İdarəsi,  Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev ili"nə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.

Tədbirdə çıxış edənlər yarışın Ümummilli Liderin həyat və fəaliyyətinin öyrənilməsi, zəngin irsinin təbliği, eyni zamanda, gənclərin elmə, maarifləndirici oyunlara marağının artırılması məqsədi ilə keçirildiyini qeyd ediblər. 

Gənclərdən ibarət 8 komandanın mübarizə apardığı çempionatda I yeri “Turist”, II yeri “Öndər”, III yeri “Uğur” komandaları tutub. Yekunda qaliblər kubok və diplomlarla mükafatlandırılıb.

Xəbər lenti