Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Cəlilabad rayonun Söyüdlü kəndində modul tipli məktəb binasının tikintisi davam etdirilir.
Tehsil.biz xəbər verir ki, yeni məktəb binası modul tipli layihə əsasında 96 yerlik olmaqla inşa edilib. Binada daxili tamamlama işləri aparılır.
Qeyd edək ki, hazırda rayon ərazisində 6 modul tipli məktəb binasının tikintisi davam etdirilir.
Gələcəkdə rayon ərazisində yeni məktəb binalarının tikintisinin və təmir bərpa işlərinin davam etdirilməsi nəzərdə tutulub.