Logo

Regiondaxili sınaq imtahanının nəticələri təhlil edilib

31.01.2023 21:24 263 baxış
IMG

Yanvarın 31-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan Lerik rayonu üzrə ümumtəhsil müəssisələrinin cari tədris ilində təhsil alan IX sinif şagirdləri üçün buraxılış imtahanlarına hazırlıq məqsədi ilə regiondaxili sınaq imtahanının nəticələri təhlil edilib.

Tehsil.biz xəbər verir ki, görüş zamanı buraxılış və qəbul imtahanlarında nəticələrin yüksəldilməsi ilə bağlı ümumi müzakirələr aparılıb. Şagirdlərdə imtahan vərdişlərinin artırılması və zəif nəticə göstərən şagirdlərin diqqətdə saxlanılması məktəb direktorlarının nəzərinə çatdırılıb.

Qeyd edək ki, Lerik rayonu üzrə 506 IX sinif şagirddən 498 nəfəri sınaq imtahanında iştirak edib.

Buraxılış fənləri üzrə sınaq imtahanı Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə dairəsində olan 6 rayon üzrə 43 mərkəzdə keçirilib.

Növbəti günlərdə digər rayonlar üzrə statistik təhlillərin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti