Logo

Türkiyəli məşhur ifaçı kosmosda konsert verəcək

31.01.2023 21:53 240 baxış
IMG

Türkiyəli məşhur müğənni Burak Yeter kosmosda konsert verəcək.

"Tehsil.biz"in məlumatına görə, bu barədə musiqiçinin özü məlumat verib.

Onun sözlərinə görə, uşaqlıqdan kosmosa maraq göstərib və astronavt olmaq istəyib.

“İki ildir üzərində çalışdığım “Kosmosda Konsert” layihəsini reallaşdırmaq üçün günləri sayıram. Musiqi sənayesində yeni bir səhifə açacağıq”, - deyə B.Yeter bildirib.

Xəbər lenti